Zəlimxan Məmmədlinin seçimi-ƏLİ İNSANOV OLDU…-FOTO

Tanınmış siyasətçi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sabiq sadri, Borcalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sabiq Səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq-Ədalət Partiyasında (HƏP) siyasi fəaliyyətini davam etdirmək qərarını verib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə HƏP-dən məlumat verilib.

Belə ki, HƏP-in İdarə Heyətinin bugünkü-növbəti iclasında Z. Məmmədlinin adıçəkilən partiyanın üzvlüyünə namizədlyi məsələsinə baxılıb və məsələ müsbət həlli olunub.

Eyni zamanda, Z. Məmmədli HƏP-in İdarə Heyətinin yeni üzvü seçilib.

O, həm də müvəqqəti olaraq, HƏP-in Ali Məclisinin sədri vəzifəsini icra edəcək.

Etikxeber.az

Read Previous

“Avroparlament rəsmilərinin son bəyanatı bizim növbəti uğurumuz, ermənilərin növbəti ifşası, uğursuzluğu oldu”-MİLLƏT VƏKİLİ

Read Next

“Kimlərsə ölkəni qarışdırmağa start verib:Rəhim Qazıyevə küçədə xəsarət yetirilməsi məsələsi bunun təzahürüdür”- FAZİL MUSTAFA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir