Zəlzələ Ağsunun şimal dağ kəndlərində də fəsadlar törədib – RƏSMİ – FOTO

Fevralın 5-i gecə saat 23:31 radələrində Pirquludan 11 kilometr İsmayıllı istiqamətində təxminən 5 bal gücündə baş verən zəlzələ Ağsu rayonunun şimal dağlıq ərazisində, Şamaxı və İsmayıllı rayonları ilə sərhəd kəndlər olan Kalva və Dilman yaşayış məntəqələrində də fəsadlara səbəb olub.

Rayon fövqəladə hallar komissiyasından Etikxeber.az-a verilən məlumatda bildirilir ki, yeraltı təkanlar nəticəsində bəzi yaşayış binalarında çatlar əmələ gəlib, qəzalı vəziyyətdə olan evlərdə və digər tikililərdə dağıntılar olub.

Keçirilən baxış zamanı bu cür 35-dən çox bina müəyyənləşdirilib.

Hazırda yuxarı dağ kəndlərində araşdırmalar davam etdirilir, dəyən zərər müəyyənləşdirilir.

Etikxeber.az

Read Previous

İsmayıllıda yeraltı təkanlar qeydə alınır – ÖLKƏDƏ ZƏLZƏLƏ BAŞ VERDİ, 3 NƏFƏR XƏSARƏT ALDI – YENİLƏNİB – (7)

Read Next

“Bu qərarı başa düşə bilmirəm…” – VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir