“Zəngilanım… “Çinarlı” “Vəng”im…Qələbən, Zəfərin mübarək, Azərbaycanım!”-JALƏ ƏLİYEVA YAZDI

“Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir.

Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Çox çətin məsələdir…”.

Bu sözlər xalqımızın Qalib oğlu, Sərkərdə-Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur…

Cəmi saatlar, cəmi dəqiqələr öncə səsləndirdi bu sözləri dövlət başçımız-möhtərəm  İlham Heydər oğlu Əliyev…

Son 23 gündə, İkinci Vətən Müharibəsi başlayandan bu yana sayca 4-cü müraciəti idi canından əziz sevdiyi Azərbaycan xalqına…

Çünki Baş Sərkərdə bilirdi, bilir ki, hər gün, hər səhər, hər günorta, hər axşam arxalandığı, özünə möhkəm dayaq bildiyi Azərbaycan xalqı onun çıxışını, müraciətini, ən azı “tvit”ini gözləyir…

Həsrətlə, sevinc göz yaşları ilə, ürəkləri yerindən çıxaran döyüntülərlə, həyacanlarla…

Gözləyir ki, xoş xəbərlər, sevincli xəbərlər, müjdəli, yağı, qəvi düşmənə-murdar ermənilərə, onların terror dövlətinə-faşist, vassal Ermənistana, bu qondarma dövləti yaradıb, 100 ildən artıqdır ki, bu coğrafiyada bulanıq suda balıq tutmaq istəyənlərə, qanlı, kirli çevrələrə, işğalçını qandan bəsləyənlərə çalın-çarpaz dağ çəkən yeni-növbəti Qələbə, Zəfər dolu xəbərlər çatdırılacaq, xəbərləri özü birbaşa xalqına, dünyaya duyuracaq…

Bəli, an, məqam yetişdi…

Ali Baş Komandan yenidən  qədirbilən Azərbaycan xalqına növbəti-sözlə ifadəsi mümkün olmayan Qələbə, Zəfər xəbərini, müjdəsini çatdırdı…

Xocavəndin, Cəbrayılın, Füzulinin daha bir neçə bölgəsinin, o cümlədən, ən sonuncu işğal rayonumuz Zəngilan rayonunun bir neçə kəndinin və Zəngilan şəhərinin yağı, murdar düşmən tapdağından azad edildiyini bildirdi…

Nə az-nə çox üst-üstə 24 kənd və bir şəhər…Cəbrayıl, Füzuli şəhərlərindən sonra Zəngilan şəhəri…

Sitat:

“Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.

Cəbrayıl rayonu – azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

Bəli, bəli, bəli…Səhv eşitmədik, səhv duymadıq…

Şanlı Azərbaycan Ordusu düşmənin və havadarlarının bağrına yenidən dağ çəkərək, ona daha bir öldürücü, sarsıdıcı zərbəsini vurdu…

Şuşamıza, Laçınımıza, Xocalımıza, Kəlbəcərimizə…gedən yolu bir az da yaxınlaşdırdı!

Daha bir sitat:

“Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”

Var olun, Baş Sərkərdəm-Ali Baş Komandanım, min yaşayın-bizi yenidən yaşatdığınız, bizi yenidən biz etdiyiniz, bizə qaytardığınız üçün!

Sizə borcluyuq, Sizə minnətdarıq dünya durduqca, dünya var olduqca!

Var ol, Ali Baş Komandanım şanlı, müzəffər, rəşadətli Ordusu, Azərbaycan Ordusu, min yaşa!

Qələbə bizimdir, Qarabağ bizimdir, Qələbə bizim olacaq, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanın olacaq!

Birnəfəsə qələmə aldı-Jalə Fazil qızı ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibəti ilə Azərbaycan xalqını-TƏBRİK ETDİ…

Read Next

Daha 584 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir