Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Zərdabda bir qrup sakin örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz edib.
Etikxeber.az APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Çallı kənd sakinləri etiraz olaraq bu gün yolu bağlayıblar.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb, onların şikayətini dinləyib.
M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib.
***
Daxili İşlər Nazirliyi (DİN) Zərdabda keçirilmiş aksiya ilə bağlı məlumat yayıb.
Məlumata görə, Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinləri etiraz aksiyasi keçirib.
Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb.
Etikxeber.az