“Zərifə xanım dedi ki, bu vacib tədbir barədə heç kim bilməməlidir…” – VASİF BABAYEV YAZDI

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür.

Cənab Prezidenti təbrik etməyimlə yanaşı, bu əziz gündə, kitabıma daxil etdiyim bəzi xatirələri bölüşməyi özümə borc bilirəm: 

Mehriban xanım-İlham-İlya

“Heydər Əliyevin ömür-gün yoldaşı, tanınmış Oftolmoloq Zərifə xanımın da mənə göstərdiyi böyük diqqəti xüsusi vurğulamalıyam. Zərifə xanım Əliyeva Bakı Məişət Kondisionerləri Zavodunda Oftolmalogiya kabinetinin rəhbəri idi, araşdırmalar aparır, həm də burada çalışan insanlara öz köməyini əsirgəmirdi. Heydər Əliyev tez-tez bu Zavoda gələrdi – o vaxt Zavod hələ inşa olunurdu -, mən də öz növbəmdə Respublika rəhbərindən bir qədər əvvəl həmin məkana gəlib, çəkiliş üçün hazırlıq işləri görərdim. Günlərin bir günü Zərifə xanım məni Zavoddakı kabinetində çay süfrəsinə dəvət etdi.

Söhbət əsnasında həmin il, 1979-cu ildə Ümumittifaq Televiziya Filmləri Festivalında Böyük mükafata – Qrand-Prix mükafatına layiq görülmüş “Xuraman” sənədli filmi ilə bağlı məni təbrik etdi, öz dəyərli fikirlərini bölüşdü. Zərifə xanım dedi ki, Heydər Əliyev zəng edib, səni təbrik etməsindən xəbərim var, bu çay süfrəsi də mənim təbrikimdir. Sonra Zərifə xanımın filmdəki kadrlar – Xuramanın Qarabağın hündür dağ zirvələrində at çapması, kolxozçuların axşam vaxtı tonqal ətrafında söhbət etməsi, çox xoşuna gəlmişdi. Bu mənim fəalliyyətimə verilən böyük dəyər idi. Bu film Azərbaycan kino tarixində ilk Qrand-Prix – Böyük mükafat idi. 1983-cü ilin yanvar ayının əvvəlləri idi, Zərifə xanım mənə telefon açmışdı. Sözün düzü, əvvəl mən Onun səsini tanımadım, lakin dərhal, O, özünü təqdim etdi. Mən üzrxahlıq etdim. Zərifə xanım dedi:

“Vasif, çox vacib bir məsələyə görə sənə zəng edirəm. Bizim ailəmizin həyatında, Səadət sarayında çox böyük bir hadisə baş verəcək. Ona görə də səndən xahiş edirəm ki, şəxsən sən operatorunla birklikdə yanvarın 11-də Səadət sarayında olasan”.

Mən bir qədər ehtiyat edərək, bu məsələ barədə televiziya rəhbərliyinin xəbəri olmasını qeyd elədim. O isə sakit bir tərzdə cavab verdi ki, narahat olma:

“Eyni zamanda, bu vacib tədbir barədə heç kim bilməməlidir. Mən artıq məsələnin nə yerdə olduğunu başa düşərək, dedim: “Bəri başdan gəncləri təbrik edirəm”.

Bəli, Mən İlham Əliyev və Mehriban Paşayevanın nişan mərasimində iştirak etdim, bu tarixi anları, Əliyevlər ailəsinin şəxsi arxivi üçün operatorla lentə aldıq. O vaxt kim təsəvvürünə gətirə bilərdi ki, qısa tarixi bir zaman kəsiyindən sonra, İlham və Mehriban Əliyevlər doğma Azərbaycanın inkişafı və modernləşdirilməsi uğrunda nəhəng planlar həyata keçirəcəklər”.

Vasif BABAYEV,

Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü, Xalq artisti 

Etikxeber.az

Read Previous

“İlham Əliyev Azərbaycanın şansıdır…” – MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

Prezident və birinci vitse-prezident “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış oldu – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir