Zəlimxan Məmmədli-TƏKRAR SEÇKİDƏ İŞTİRAK QƏRARI VERDİ

9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərinin birinci mərhələsi arxada qalmaqdadır. Maksimalist düşüncə sahibləri məyus oldu. Mən özümü ümid edənlər, zil qaranlıqda işıq görən, ora yürüyən idealistlər kateqoriyasına aid edirəm. Hədəflərimdən biri və iddiam anklav da olsa, uzun illərdir mənim və seçicilərin haqqının yeyildiyi 33-cü Xətai birinci seçki dairəsində ədalətin bərqaqrar olunmasına nail olmaq idi. Nəhayət buzu sındıra bildik, uzun illərdir seçki sistemimizi hörümçək toru kimi bürüyən saxtakarlığın öhdəsindən gələ bildik. Bu gələcəkdə seçicilərdə özünə inam hissini aşılamaqla, seçki saxtakarlığına qarşı mübarizə rəmzinə çevrilə biləcək.

Etikxeber.az xəbər verir ki, bunu nəticələri ləğv edilmiş 33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa namizəd Zəlimxan Məmmədli deyib.

“Kifayət qədər əzilmiş seçki sistemindən, deformasiyaya uğradılmış siyasi institusional quruluşumuzdan, mövcud MSK və DSK-dan ideal nəticələr gözləmirdim də. Soyuq başla dəyərləndirirəm. Bunu əsaslandırmaq üçün arqumentdən çox arqumentlərim var. İlk öncə ideala yaxınlaşmaq üçün təməl siyasi sistemidəki qüsurlar aradan qaldırılmalıdır. Hansı metodlar olur-olsun gözəl gələcək istəyiriksə, bu mütləqdir. MSK da, Konstitusiya Məhkəməsi də son qərarını verəcək, ələşdirmələr də olacaq, ancaq həyat durmayacaq. Proses qabağa gedəcək. Təkrar seçkilər haqqında Prezidentin qərarı olacaq. Böyük ehtimalla bu ilin may ayının birinci yarısına çəkəcək. Normal münasibətlər sisteminin qurulması zaman məsələsidir. Bir sıra daxili və geopolitik amillər burada həlledici təsir gücünə malikdir. Qütbləşməni məqsədli şəkildə dərinləşdirən zərərli zehniyyətin daxildə buxovlanması çox önəmlidir”-deyən Z. Məmmədli bildirib ki, təkrar seçkidə iştirak edəcək:

“Bu, mütləqdir. Təbii ki, Tanrımdam sağlıq arzulayacam. Ondan başqa yolumuzu kəsəcək gücü görmürəm. İnanıram ki, baş verənlər özünü milli adlandıranlara ciddi dərs olmalıdır. Hər zaman ayağımıza buxov olmağa çalışanlara da böyük Məhəmməd Əmini dərindən öyrənməyi tövsiyə edirəm. Orada nəfs, hikkə, təkəbbürdən daha üst qatda əxlaq, mənəviyyat və böyük həqiqət durur. Mənim bu dairədəki gələcək qələbəm türk millətinin, Azərbaycanı sevən hər kəsin qələbəsi olacaqdır. İstəməyənlər isə yalnız qarşımızda duran düşmənlər olacaqdır. Onları yenməyin yolu isə vəhdətdir. Buna nail olacağımıza inamlıyam”.

Etikxeber.az

Read Previous

Qohum olan keçmişli-indikili-DEPUTATLAR…

Read Next

Paşinyandan növbəti avantürist və təxribatçı addım-YENİDƏN QARABAĞA GƏLDİ… – POLİTOLOQ BU HAQDA NƏ DEDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir