Zəngilanın daha 13, Cəbrayıl və Füzilinin daha 7 kəndi-İŞĞALDAN AZAD OLUNDU, ALİ BAŞ KOMANDAN AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ – YENİLƏNİB

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Twitter” hesabında yazıb. 

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Bunu da Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb. 

***

“Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”

Bunu öz növbəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Twitter” hesabında yazıb. 

Etikxeber.az

Read Previous

“Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyil…”-AZƏRBAYCAN XİN

Read Next

MM-in növbəti iclası ayın 27-də keciriləcək-DEPUTATLAR 8 MƏSƏLƏNİ MÜZAKİRƏ EDƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir