Zərdab sakini Jalə Əliyeva ilə bağlı onun adından yayılan yalanı-İFŞA ETDİ – FOTO-VİDEO

Məlum olduğu kimi, bu gün bəzi xəbər saytlarında deputatlığa namizəd Jalə Əliyeva ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılıb, tirajlanıb.

Eyni zamanda, həmin məlumatda deputatlığa namizədin 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən rəqibi olan Adəm Məmmədovun seçiciləri ilə görüşlərindən birinin videoyazısı paylaşılıb.

Belə ki, həmin videoda Zərdab rayonunun Gödəkqobu kənd sakini Şərif Babayev tərəfindən Jalə Əliyeva ünvanlanmış ittihamlar yer alıb.

Deputatlığa namizədin Seçki Qərargahından Etikxeber.az-a daxil olan məlumata görə, amma elə bu gün Jalə Əliyevanın Zərdab rayonunun mərkəzində ictimaiyyət nümayəndələri ilə izdihamlı görüşünə qatılan Sərif Babayev onun adından yayılan məlumatın doğru olmadığını, əslində orada səsləndirilən fikirlərin təhrif olunduğunu bildirib.

Qeyd edib ki, o, əslində Jalə Əliyevaya gördüyü işlərə görə, minnətdarlığını ifadə edib, ancaq onun adından yayılan məlumatda minnətdarlıq bildirilən sözlərin heç biri yer almayıb.

Şərif Babayevin fikirlərinin yer aldığı hər iki videoyazını təqdim edirik:

Etikxeber.az

Read Previous

Rüfət Quliyev seçicilərlə görüşlərini davam etdirir – FOTOLAR

Read Next

Ziyad Səmədzadənin Seçki Qərargahında növbəti görüş – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir