Zərdabın ən yaşlı sakinindən Jalə Əliyevaya dəstək: “SEÇKİ MƏNTƏQƏSİNƏ GEDİB BALAMA ÖZÜM SƏS VERƏCƏYƏM…” – FOTOLAR

Millət vəkili, deputatlığa namizəd, professor Jalə Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdabın ən yaşlı sakini, el ağsaqqalı ilə bir araya gəlib.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, adıçəkilən şəxs Zərdabın Bıçaqçı kənd sakini, 1919-cu il təvəllüdlü və 101 yaşlı Əhməd Məmməd oğlu Qurbanovdur.

Qeyd edək ki, Ə. Qurbanov İkinci Dünya və Böyük Vətən Müharibəsinin canlı şahidi, iştirakçısı və veteranıdır.

O, həm də İkinci Dünya və Böyük Vətən Müharibəsi veteranı olan, sağ qalan və hazırda yaşayan iki zərdablıdan biri, sonuncu mogikanlardandır.

Deputatlığa namizəd görüşlə-ziyarətlə bağlı təəssüratlarını belə bölüşüb:

“Evinə, mənzilinə getdik, Əhməd babanı ziyarət etdik…Əllərindən öpdük… Xeyir-duasını aldıq…Keçdiyi həyat yolundan, qarşılaşdığı çətinliklərdən, müharibənin acılarından, Dağllıq Qarabağ fəlakətindən babamızın çox ibrətamiz söhbətlərini dinlədik…

Və babamız dedi ki, inşallah, 9 fevralda özü-öz ayağı ilə seçki məntəqəsinə gedəcək…

Bu zaman babamıza deyildi ki, bəlkə seçki qutusunu evinizə, mənzilinizə gətirsinlə, qəti etiraz etdi ki, xeyr, Allah mənə, ayaqlarıma imkan, qüvvət verəcək, gedib balama elə seçki məntəqəsində özüm səs verəcəyəm…”.

Etikxeber.az

Read Previous

“Bəlağətli nitq söyləmədik…” – SAHİB ALIYEV – FOTOLAR

Read Next

Daha 3 Müsavatçı geri çəkildi VƏ MÜSAVATDAN OLAN NAMİZƏDLƏRİN SAYI 60-A ENDİ – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir