Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycandan bu gün zəvvarların Həcc ziyarəti başlayıb.
Etikxeber.az-ın APA-nın məlumatına görə, azərbaycanlı zəvvarları aparan ilk təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.
Növbəti reyslərin sentyabrın 3-ü, 4-ü və 5-də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.
Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedirlər.
Sentyabrın 19-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb.
Etikxeber.az