Zabrat-Maştağa yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində dayanacaq quraşdırıldı – FOTO

Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində dayanacaq quraşdırılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O, bildirib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir.

M.Ağayevin sözlərinə görə, növbəti belə dayancaq cibi Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Azəravtoyol” ASC tərəfindən inşa edilən yerüstü piyada keçidinin yanında salınıb. Bununla da həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.

Etikxeber.az

Read Previous

“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiqləndi

Read Next

MN 7 hərbçimizin həlak olması barədə məlumatları təkzib etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir