Zahid Oruc kəskin danışdı: “Parlamentin nüfuzuna zərbə dəyə bilər…” – YENİLƏNİB (1)

“Zahid, heç qorxağa oxşamırsan…”

Millət vəkili Zahid Oruc  parlamentin növbəti plenar iclasında “Milli Məclisin deputatının etik davranışı haqqında” qanun layihəsinin müzakirəsində kəskin çıxış edib.

Etikxeber.az xəbər verir ki, Z. Oruc çıxışında  qeyd edib ki, bu, o, deməkdir ki, bununla parlament məhkəmə səlahiyyətlərini mənimsəmiş olacaq:

“Dünya təcrübəsində belədir ki, cəzanın sərtləşdirilməsi cinayətin qarşısını almır. Biz məhkəməni qərarı ilə səlahiyyətlərimizə başlayırıq, onun qərarı ilə də sonlandırırıq. Ancaq biz daxili nizamnamədə dəyişiklik edəcəyiksə, bu parlamentin nüfuzuna zərbə dəyə bilər. Eyni zamanda, əgər Milli Məclis öz üzvünü özü deputatlıq səlahiyyətindən məhrum edirsə, onda məhkəmənin səlahiyyətini mənimsəmiş olacaq. Ancaq, məsələn, region ölkələrində belə bir kodeks yoxdur.

Bu yaxınlarda Gürcüstan parlamentində kimsə qələmlə başqasının başını yarmışdı. Buna görə heç bir cəza almamışdı. Amma Gürcüstan parlamenti dövlət quruculuğunda mühüm yer tutur. Onlarla ölkə deyə bilərəm ki, orada deputat haqda belə qanun yoxdur. Məsələn, bu məsələdə birinci yerdə Danimarka parlamentidir. Orada belə bir qanun yoxdur. İndoneziyada belə bir qanun var, amma bu məsələ ilə bağlı dünya sıralamasında 88-ci yerdə dayanır. Bu, parlamentdə qorxaqlıq yaradacaq”.

Spiker Oqtay Əsədov isə həmkarının çıxışına belə reaksiya verib:

“Heç qorxağa oxşamırsan, götürüb danışırsan. Burada səlahiyyət mənimsənilməsindən söhbət gedə bilməz”.

***

siyavush-1

MM-in komitə sədri Siyavuş Novruzov da xatırladıb ki, 5 il İntizam Komissiyasına rəhbərlik edib:

“5 il ərzindədə cəmi iki dəfə komissiyada etik davranışla bağlı məsələyə baxmışıq. Amma parlamentdən kənarda bununla bağlı vətəndaşların çoxsaylı müraciətləri ilə tanış olmuşuq. Bu müraciətləırin sayı isə 3 mindir. Ona görə hər bir millət vəkili parlametin adına zərər gətirməməlidir. Əgər biz öz davranışımıza riayət edə bilmiriksə, niyə “qanun belə olmasın” deməliyik ki? İnsan özünü yaxşı aparsın, belə hallarla qarşılanmasın. Biz hakimləri, MSK üzvlərini təyin edib, onların etik davranışına nəzarət ediriksə, özümüz də buna riayət etməliyik. Bu parlamentin şəffaflığının ortaya qoyulması ilə bağlıdır.

Əgər kimsə haqlı olduğunu təsdiq edə bilmirsə, onu hərəkətinə görə digər həmkarına da zərər gəlirsə burada nədən danışmaq olar? Biz səsverməni üçdə ikiyə qaldıra bilərik. Biz cavabdehliyimizi öz həmkarımızın qarşısında daşıyırıq. Bir çox xarici ölkələrin praktikası da öyrənilmişdir. İndı xırda detalları bu qanundan çıxartmaq da olar. Məsələn, Amerikada 300 dollar civarında hədiyyə millət vəkilinə daxil olursa onu evinə apara bilər. Ondan artıq olduqda parlamentdə saxlamalıdır. Bizdə isə bunu 50 manat civarında müəyyənləşdirirlər. Hesab edirəm ki, bizdə bu məbləğə baxıla bilər”.

O. Əsədov da qeyd edib ki, bu qanun alyihəsi üzərində işləmək lazımdır:

“Bəzi maddələr yumşaldılmalıdır”.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

“Babək” “Ümid” verəcəkmi?

Read Next

Baxçalı 2019-cu ildə namizəd olacaqmı? – “Çox uzaq gedirsiniz…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir