Zahid Oruc “NÜMAYƏNDƏLİK İNSTİTU”NUN LƏĞVİNƏ QARŞI ÇIXDI…

 

Ali Məhkəmənin sədri Ramiz Rizayevin imzası ilə Milli Məclisə (MM) daxil olan 3 qanun layihəsində aparılan müzakirələr zamanı ilk söz alan ona etiraz edən millət vəkili Zahid Oruc oldu.

Etikxeber.az xatırladır ki, layihənin müzakirəsi zamanı çox kəskin fikir ayrılıqlarını nəzərə alaraq, parlamentin ötən iclasında MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin xahişi ilə həmin sənədləri gündəlikdən çıxarmışdılar.

meclis

Lakin 31 oktyabr tarixli iclasda da mübahisələr və bir-birinə zidd arqumentlər sənəd ətrafında konsensus olmadığını üzə çıxardı.

Millət vəkili Z. Oruc da öz növbəsində vurğuladı ki, sözgedən layihə Preizdent İlham Əliyevin məhkəmə və hüquq sistemində apardığıgenişmiyaslı islahatların məntiqinə ziddir:

“Çünki vətəndaşların qanuni mənafelərinin qorunmasını məhdudlaşdıran tədbirlər nəticəsində dövlət əleyhinə kampaniyalar geniş vüsət alır və insanların ədalət mühakiməsinə inamını zədələyir.Halbuki ötən illər ərzində istər hakim korpusunun formalaşmasında,açıqlıq və ictimai əlçatanlıq üçün elektorn sistemlərin tətbiqində əldə olunan nailiyyətlər danılmazdır.O cümlədən, ölkə rəhbəri təkcə əfv və amnistiya qərarları ilə deyil,eləcə də qanunvericilik sistemində köklü dəyişiliklər aparmaqla şəffalığın təminatına,həmçinin cəza sisteminin humanistləşməsinə nail olmağa çalışır”.

Deputat ötən iclasda inqilabi təşəbbüsadlanırılan cinayət qanunvericiliyinin 300 maddəsindəki dəyişiklikləri həm də rüşvətə qarşı mübarizə sayaraq,hazırki layihəni dövlətin maraqları baxımından zərərli qiymətləndrirdi.

Qeyd edək ki, Z. Orucun irəli sürdüyü əsaslı arqumentləri faktiki olaraq, heç kəs təkzib etməyə çalışmadı. Belə ki,keyfiyyətli hüquq təminatı adı altında sayı 10 minə çatan nümayəndələri qanunsuz elan etmək müsbət nəticələr doğurmayacaq. İctimai rəydə məhkəmələri gözdən salan hallar vətəndaşldan kiçik məbləğdə ödəniş müqabilində onu təmsil etməyən hüququ qazanna adamlar yardımçı səlahiyət sahibləridir.

Əsas və aparıcı orqan məhkəmələrdir. Orada təmin olunan ədalət sayəsində hətta hansısa dələduzluğa cəhd etməyə çalışan nümayəndələrin də yolunu bağlayardı. Millət vəkili də bu baxımdan, Azərbaycanın brendinə çevrilən “Asan xidmət” qurumunu misal çəkdi və dedi ki, “heç bir reket media təmsilçisinin gedib oradan muzd tələb etdiyini görən yoxdur”.

Z. Oruc vəkillərin sayı ilə bağlı rəqəmlərə də diqqət çəkərək, onu çox ağrı ilə söylədiyini dilə gətirdi. Belə ki,dövlətimizin onlarla iqtisadi və sosial parametrdə dünyada aparıcı yeri tutduğu halda 100 min nəfərə düşən vəkil sayının cəmi 8.9 olmasından narahat olduğunu söylədi. Müqayisəni təəssüflə apardığını bildirən deputat Ermənistandakı müvafiq rəqəmin 5 dəfə artıq, Gürcüstanın 10 dəfə yuxarı olmasından nəticə çıxarmağın zərurətini də diqqətə çatdırdı:

“Üstəlik,bölgələr üzrə paylanmaya görə,paytaxtı çıxmaq şərtilə rayonlarda rəsmi vəkillik statusu cəmi 240 adamda var.İl ərzində 100 minə qədər mülki işə baxılır.Əmr icraatı və digər işlərlə birgə yük 350 mindən artıqdır.Belə göstərici fonunda nümayəndələri tanımayıb İnsanları müdafiəsiz qoymaq olmaz”.

Millət vəkili Avropa Məhkəməsinə şikayət axınlarının fürsətini gözləyən qüvvələr üçün son layihənin böyük fürsət açdığını da vurğulamağı özünə borc bildi. Belə ki.ölkənin Avropa Şurasına üzvlüyü qarşısında ratifikasiya olunmuş İnsan haqları Konvensiyası vətəndaşların müdafiəsi üçün hər hansı çərçivə və məhdudedici normaya yol vermir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İrəvan mat vəziyyətindədir…” – ADİL ƏLİYEV

Read Next

“Bakı-Tblisi-Qars” Naxçıvana kimi uzadıla və bu bölgə blokadadan qurtula bilər” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir