Zahid Oruc, Qüdrət Həsənquliyev və Əlizadənin prezidentliyə namizədliyi qeydə alındı…

Məzahir Pənahovun sədrliyi ilə martın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, əvvəlcə Komissiyanın 2018-ci il martın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

zahiddd

qudret-1
Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş cənab Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş cənab Araz Məmməd Mübariz oğlu Əlizadənin və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş cənab Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyi qeydə alınıb.

İclasda həmçinin Vətəndaş və İnkişaf Partiyası tərəfindən təqdim edilmiş səlahiyyətli nümayəndələr qeydə alınıb.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.

Etikxeber.az

Read Previous

FHN və DSX əməkdaşlarının maaşları artırıldı…

Read Next

SİZİNLƏ YEDİYİMİZ BİR ALMAYA GÖRƏ… Deputatın 8 Mart yazı-təbriki

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir