Zahid Oruc Seçki Platforması “Xüsusi Buraxılış”la seçicilərə-PAYLANACAQ

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı ilə bağlı hazırlıqları davam etdirilir.

Bu barədə Etikxeber.az-a Zahid Orucun Seçki Qərargahından bildirilib.

“Əvvəlki seçkilərdə seçicilər qarşısına görülən işlərin hesabatına dair hazırlanan müxtəlif formatlı çap məhsulları ilə çıxmaq ənənəsini davam etdirərək, xətaililərlə görüş üçün “Xüsusi Buraxılış” nəşr edilib. Namizədin geniş ictimai-siyasi fəaliyyəti ilə yanaşı, başlıca olaraq, Konstitusiyada deputatların fəaliyyətinə dair müəyyən edilən səlahiyyətlərə uyğun olaraq,  dövlət və hökumət orqanları ilə yaxından əməkdaşlıq çərçivəsində görülən işlərə dair ətraflı məlumatlar, o cümlədən, 33 saylı Xətai 1-ci seçki dairəsi üzrə aparılan müşahidə və qiymətləndirmənin nəticələri əsasında formalaşdırılan Seçki Paltorması məcmuədə əksini tapıb.

Eyni zamanda, Zahid Orucun çoxşaxəli fəaliyyətinin müxtəlif məqamları, məqalə, çıxış, şərh və yerli, beynəlxalq tədbirlərdə iştirakına dair faktlar, mühüm məlumat bazaları da seçicilərin tələbləri və mənafeləri baxımından qruplaşdırılaraq geniş auditoriyaya təqdim olunacaq.

9 avqustdan başlayan təbliğat-təşviqat kampaniyasının müxtəlif platformalar üzərindən aparılması zamanı qanunvericiliyin tələbləri gözlənilməklə müəyyənləşdirilən yerlərlə yanaşı, müxtəlif formatlı şəxsi görüşlər vasitəsilə əsasən ərazidə şəhid ailələri, qazilər, müharibə veteranları, sosial qayğıya ehtiyacı olan, tək yaşayan qoca və ahılları, tanınmış ziyalıları, sahibkarları, gənclər və rayon fəallarını əhatə etmək nəzərəd tutulur.  Başlıca məqsəd, parlament üzvünün məsuliyyətini əhaliyə ətraflı şəkildə təqdim etmək, gələcək birgə fəaliyyətin əsas hədəflərini müəyyənləşdirməkdir. Kampaniyaya dair ətraflı məlumatlar qarşıdakı günlərdə mütəmadi veriləcək”-deyə, Zahid Orucun Seçki Qərargahından sonra bildirilib.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq var-BAKIDA…

Read Next

Əliyev Azərbaycan-Rusiya münasibətlərini Cənubi Qafqazda təhlükəsizlik faktoru kimi-DƏYƏRLƏNDİRDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir