Zahid Oruc su probleminin həllinə-DƏSTƏK OLDU VƏ…-FOTOLAR

Millət vəkili Zahid Oruc Bərdənin Şirvanlı kəndində su probleminin həllinə dəstək olub.

Etikxeber.az-ın xəbərinə görə, 30 hektarlıq sahənin su ilə təminatını nəzərdə tutan artezian quyusunun bərpası üçün iş görülüb.

Müvafiq olaraq İrriqasiya və Su Təsərüffatı ASC və digər inzibati resurslar hesabına Bərdənin Şirvanlı kəndində artezian quyusu yenidən bərpa edilib.

Z. Oruc isə bildirib ki, su problemi hazırda dövlət rəhbərinin diqqətində olmaqla yanaşı, Dövlət Komissiyası yaradıb, müşavirə keçirib və müvafiq tapşırıqlar verib:

“Bərdədə 900-dən artıq artezian qurğusu fəaliyyət göstərir ki, bu da çox böyük infrastruktur deməkdir, hazırda pandemiyadan sonra fəal şəkildə təsərüffat problemlərinin həlli dövrü başlayıb. Yaxın günlərdə, oxşar proses Şahvəlilər kəndində də baça çatacaq”.

Etikxeber.az


Read Previous

“Ermənistan müstəqil və suveren dövlət deyil, vassal koloniyadır…”-MÜBARİZ QURBANLI

Read Next

Həsən Seyidbəylinin 100 illik yubileyi-QEYD OLUNACAQ – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir