Zahid Oruc yenə çox sərt danışdı: “Milyardlar talananda biz onları “görməmişik”, amma…”

Deputat Zahid Oruc hökuməti xəsislikdə ittiham edib.
 Etikxeber.az-ın xəbərinə görə, belə ki, millət vəkili parlamentdə hökumətin növbəti hesabatı zamanı bildirib ki, hökumət vaxtı ilə neftdən büdcəyə böyük gəlirlər daxil olarkən, kifayət qədər “səxavətli” olub.

“Neçə ki neft pulları gəlirdi, hökumətimiz “səxavətli” idi,  amma neçə ki neft gəlirləri azaldı, o zaman  hökumətimiz başladı xəsisləşməyə. Milyardlar talananda biz onları “görməmişik”, bu, bir yana, amma dövlət zəmanəti ilə verilən kreditlərin də talanmasını görməmişik?…Sabah hansısa vəzifəli şəxsi işdən çıxarırlar, onun “yükü”nü , sağa-sola səpələdiyi kreditlərin altını isə dövlət çəkir, çəkməli olur…Olmazmı ki,  bunu elə indidən görək, şəffaflıq tələb və təmin edək?!”-deyə, Z. Oruc sonra sözlərinə əlavə edib.
 Etikxeber.az

Read Previous

“İsraildə “buldozer” ləqəbli baş nazir var idi, Artur müəllim, onun torpağı sanı yaşasın” – ABRAMOV

Read Next

Qənirə Paşayeva tələbə yataqxanaları və ictimai nəqliyyat problemindən danışdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir