Zahid Orucdan “Azərenerji”yə – İTTİHAMLAR

Zahid Oruc: Dövlətin çiyinləri “Azərenerji”nin yükündən xilas edilməlidir

Millət vəkili “Azərenerji”nin fəaliyyətini tənqid edib.

Etikxeber.az-ın xəbərinə görə, parlamentdə büdcə müzakirələrində çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, bu qurum artıq dövlət üçün böyük yükə çevrilib:

“Axı, bu qurum nə vaxta qədər dövlətin çiyinində oturacaq, ona yük olacaq?”.

zahid-3

Millət vəkili bu yerdə bu ilin yayında, iyul ayın 2 və 3-ü tarixlərində ölkənin enerji sistemində yaşanan böhrana diqqət çəkib və burada əsas məsuliyyətin  yenə də“Azərenerji”nin üzərində qaldığını söyləyib:

“Həmin məsələ ilə bağlı müşavirəsində cənab prezident də ciddi iradlarını səsləndirdi, sonra müvafiq addımlar atıldı. Amma maraqlıdır ki, bu məsələyə cavabdehlik daşıyan insanlar ölkəni niyə cəmi bir stansiyasının ümidinə bağlaməışdılar? Axı, biz daim fəxrlə və haqlı olaraq deyirik ki, Avropanın, dünyanın əsas enerji təhlükəsizliyi təminatçılarındanıq. Bu, belədir və belə olanda, niyə belə bir hadisəyə yol verildi, bu işə cavabdehlik daşıyanlar bununla nə demək istəyirdilər? Hesab edirəm ki, bunlar da öz aydınlığını tapmalıdır və ölkənin, dövlətin çiyinləri “Azərenerji”nin yükündən xilas edilməlidir…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Vahid Əhmədov nazirlikləri yıxıb-sürüdü…

Read Next

Orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək – SAHİL BABAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir