Zahid Orucdan Eldar Mahmudovla bağlı Zakir Qaralova SƏRT İTTİHAM(LAR)

Təhlükəsizlikdən kənarda hər hansı bir ölkənin müstəqilliyini təmin etmək, qorumaq mümkün deyil.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında çıxışı zamanı deyib.

O, Azərbaycanın milli təhlükəsizlik sistemini Heydər Əliyevin övladı kimi dəyərləndirib və sabiq MTN şefi Eldar Mahmudovla onun əlaltılarının həmin övlada xəyanət etdiyini bildirib:

“Eldar Mahmudovun nazirlik dövrünü  Heydər Əliyevin qurub, yaratdığı, göz bəbəyi kimi qoruyub,saxladığı təhlükəsizlik sistemindən çıxarmaq lazımdər. Onun 11 illik fəaliyyəti xəyanət dövrüdür, Heydər Əliyevin övladına xəyanətidir.

Eyni zamanda, 3 ildir ki, həbsdə olan və məhkəmə qarşısında dayanan sabiq  MTN generalları barmaqları ilə Eldar Mahmudovu göstərirlər. Mən də buradan baş prokuror Zakir Qaralova səslənirəm: Baş Prokurorluqdakı təhlükəsizlik idarəsi həmin dövrdə hara baxırdı, Siz özünüz hara baxmısınız?

Nə gözükölgəliyiniz olub ki, 3 ildə bu haqda cəmiyyətə əməlli-başlı məlumat vermirsiniz?

Bu gün xaricdən yönləndirilən informasiya müharibələri, internet qarayaxmaları, savaşı  Eldar Mahmudovun şifrələrinə bağlıdır, bağlı deyil? Bu qüvvələrin arxasında Cahangir Hacıyevin Beynəlxalq Bankdan oğurladığı və xaricə ötürdüyü pullar dayanmır ki? Bunlar haqda cəmiyyətə düzgün, ətraflı məlumat verilməlidir…”-deyə, Z. Oruc sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Məqsəd kütləvi narazılıq yaratmaq cəhdi idi… – DEPUTAT YAZIR

Read Next

Əli Əhmədov Cəlaloğlu və Hacıyevə etiraz etdi: RİSQLƏR YOXDUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir