Zahid Orucdan onu hədəf seçənlərə SƏRT CAVAB

“Dəyərli Ağa Natiq, dövlət və hakimiyyət orqanlarında heç zaman təmsil olunmadığınızdan bir sıra şərhləriniz məhəlli və bəzən məhlə xarakteri daşıyır”.

Etikxeber.az xəbər verir ki, bunu müstəqil millət vəkili, prezidentliyə namizəd Zahid Oruc onun indiki dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləməsi yönündə mətbuat səsləndirdiyi fikirlər ətrafında mediada və sosaial şəbəkələrdə açılan müzakirələrə, o cümlədən, “REAL”-ın liderlərindən olan Natiq Cəfərlinin statusuna-“Bir fağır namizəd tapmısız, sağdan da döşüyürsüz, soldan da, Zahid Orucu deyirəm, amma heç demirsiz ki, Araz Əlizadə ona səs verənlərə özü söyüş qoyub…”- sözlərinə münasibətini bildirərkən deyib.

zahid-2

Mark burada paylaşdığınız şərhlərə ona görə “status” adını verib ki,o eyni zamanda hər kəsin ictimai-siyasi statusunu da özündə əks elətdirir. Vəzifə baxımından deyil,düşüncə və dünyagörüş cəhətdən. Təəssüf ki,maraqlı açıqlamlarınızı çox zaman Nemirov və gürcü çaçası müşaiyət etdiyindən çox vaxt ciddiyətiniz sönür, cizgi filmlərinin personajına çevrildiyinizi heç hiss etmirsiz. Etiraf edin ki,biz demokratıq və gözləyirik ki,ittiham və tənqidləriniz 100-ə çatsın,hamısına birdən cavab verək” – deyə, qeyd edən deputatın sözlərinə görə, o, bütün hallarda dözümlü münasibət sərgilənməsinin tərəfdarıdır.

natiq-3

“İnanın ki, bütün hücumlara son dərəcə dözümlü münasibətin tərəfdarıyam.

Lakin gəlin belə danışaq, bizi “prezident olmaq istəmədiyimiz”ə görə suçlandırdıgınız halda, bir lider saydıqlarınızın iddiasını bura yazın, ona reaksiyalar sizi Re Allığa qaytaracaq.

Oldumu,sizə uğurlar!”-deyə, Z. Oruc əlavə edib.

Etikxeber.az

Read Previous

“Onlar konkret addımlara keçmədikcə…” – DEPUTAT

Read Next

“Quran-i Kərim”i yerdən götürmək istədi – ŞƏHİD OLDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir