Zahid Orucun illər öncə səsləndirdiyi “QARABAĞ” Universiteti təklifi-REALLAŞACAQMI?

Hələ bir neçə il öncə, torpaqlarımızın hələ 20 faizi, ümumilikdə Qarabağımızın çox əhəmiyyətli bir hissəsi düşmən işğalı altında olan vaxtlar hər zaman, hər bir çıxışında, hər bir açıqlamasında yeni, maraqlı təkilflər irəli sürən millət vəkili Zahid Oruc növbəti vacib, olduqca önəmli bir təşəbbüslə çıxış etmişdi.

Parlamentin iclaslarından birində, büdcə müzakirələri zamanı millət vəkili dövlət büdcəsində Dağlıq Qarabağla bağlı ayrıca qrafanın ayrılmasını ( 44 günlük İkinci Vətən Müharibəsindən sonra artıq Dağlıq Qarabağ deyilən coğrafi məhfum yoxdur, ümumilikdə Qarabağ var), simvolik də vəsait nəzərdə tutulmasını, həmçinin, bizdə olan Qarabağ bölgələrindən birində “QARABAĞ” Universitetinin (AMEA-nın da bu yaxınlarda bu yöndə təklifi olub, əslində isə çoxdan olmalıydı…) yaradılmasını təklif etmişdi.

Millət vəkili bunun həm də bir növ Qarabağa qayıdış, Vətən topraqlarına dönüşümüzün növbəti anonsu olacağını demişdi.

Qeyd edək ki, millət vəkili sonradan da bir neçə dəfə bu təklifi təkrar olaraq səsləndirmiş və gündəmə gətirmişdi.

Onu da qeyd edək ki, millət vəkilinin təklif(lər)i cəmiyyət, əksəriyyət tərəfindən müsbət və razılıq hissi ilə qarşılanmışdı.

44 günlük İkinci Vətən Müharibəsindən, tarixi 8-9 noyabr Zəfərindən sonra ümumilikdə Qarabağın çox böyük, önəmli bir hissəsi artıq Azərbaycanın nəzarətindədir, xüsusilə də, Şuşa…

Ona görə də artıq bu təklifin reallaşdırılması, bu yöndə qərar verilməsi zamanıdır desək yanılmış olmarıq…

Ən azı və ən geci 2022-23-cü tədris ilindən “QARABAĞ” universitetinə qəbul məsələsi baş tuta bilər…

Həmin vaxta kimi də Şuşada və ya Hadrutda “QARABAĞ” universitetinin binasını (kampusunu) tikmək və açılışını reallaşdırmaq mümkündür…

İnanırıq və inanmaq istərdik ki, xalqımız, dövlətimiz üçün mənəvi tərəfləri daha yüksək olan, milli maraqlarımıza birbaşa cavab verən bu məsələ, bu təklif dövlət, hökumət orqanları tərəfindən nəzərə alınacaq və gerçəkləşməsi mümkün olacaq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

11:15

Etikxeber.az

Read Previous

“Bu fotolara yaxşı, diqqətlə baxın…Birinci Qarabağ Savaşını, onun ağrı-acısını canında, bədənində, ruhunda yaşadan İgid…”- KAMİL HƏMZƏOĞLUNUN YAZISI

Read Next

“Bu, illər keçsə də, Azərbaycan xalqının yaddaşından silinməyəcək”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir