Zahid Orucun “komitəsi” ilk iclasına-BAŞLADI… – PAYIZ SESSİYASINDA NƏLƏR NƏZƏRDƏ TUTULUR? – KOMİTƏ İYUL HADİSƏLƏRİ ZAMANI VƏ ONDAN SONRA HANSI ADDIMLAR ATIB? – SPİKERİN İŞTİRAKI İLƏ KEÇİRİLƏN İCLASDA NƏDƏN DANIŞILIB? – YENİLƏNİB – (3)

Bu gün- sentyabrın 17-də Milli Məclisin (MM) daha bir komitəsinin-İnsan hüquqları komitəsinin parlamentin qarşıdan gələn payız sessiyası ilə bağlı ilk iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasa adıçəkilən komitənin rəhbəri Zahid Oruc sədrlik edir.

İclasda komitənin MM-in yaz və növbədənkənar sessiyalarındakı fəaliyyətlə bağlı hesabatının, həmçinin, qanunvericilik işləri planının müzakirəsi, təsdiqlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, adıçəkilən komitənin üzvləri bunlardır:

Zahid Məhərrəm oğlu Oruc – Sədr

Tahir Zayıdağa oğlu Kərimli- Sədr müavini

Elşad Mirbəşir oğlu

Jalə Fərhad qızı Əhmədova

Tural Babaşah oğlu Gəncəliyev 
 
Naqif Ələşrəf oğlu Həmzəyev   
 
Bəhruz Abdurrəhman oğlu Məhərrəmov
 
Hikmət Baba oğlu Məmmədov
 
Fazil Qəzənfər oğlu Mustafa 
 
Elman Xudam oğlu Nəsirov 
 
Razi Qulaməli oğlu Nurullayev

09:57

***

İclas zamanı qeyd edilib ki, hesabat dövründə 7 iclas keçirilib, 14 məsələ müzakirə olunub.

7 qanun laihəsi isə MM-in müzakirəsinə tövsiyə olunub.

Komitəyə 204 sənəd daxil olub.

117 vətəndaş qəbul edilib.

Komitə adından müxtəlif ünvanlara layihə və ərizələrin baxılmaları üçün 105 məktub göndərilib.

Qanunvericilik işləri planına gəlincə burada qanunvericiliyin təkmilləşdirilməsi üçün qeyri-hökumət təşkilatları (QHT) ilə görüşlərin, o cümlədən, MM və Mətbuat Şurası (MŞ) arasında əməkdaşlıq haqqında Memorandumdan irəli gələn məsələlərə həsr olunan tədbirlərin və sair keçirilməsi nəzərdə tutulur.

09:59

***

Komitə sədri Ermənistanın təxribatı nəticəsində baş verən iyul hadisələrinə toxunaraq, bununla bağlı komitə tərəfindən 50-dən artıq ölkəyə, onun parlamentlərinə məktublar, müraciətlər göndərildiyini xatırladıb.

Eyni zamanda, ölkədə və dünyada baş verən hadisələrlə bağlı müxtəlif rəyləri, şərhləri əks etdirən yanaşmaların ortaya qoyulduğunu bildirib.

10:05

***

“Dünən sədr, komitə rəhbərləri və komissiya sədrlərinin iclası keçirilib”-deyən Z. Oruc bildirib ki, MM-ə işə qəbulla bağlı qanunvericiliklə bağlı addımlar atılmaqdadır:

“Artıq kiminsə qəyyumluqla Milli Məclisə düşməsinin qarşısı alınacaq. Milli Məclisin Aparatının və İşlər İdarəsinin də Əsasnaməsi hazırlanıb. Milli Məclis nümunə olmalıdır. Milli Məclisin büdcəsini parlamentin üzvləri qəbul edir. Artıq 45 milyona yaxın vəsait Milli Məclisin büdcəsini təşkil edir. Artıq Milli Məclisə alınma işlərinin tender əsaslarla keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bunlar parlamentin həyatında baş verən uğurlu dəyişikliklərdir”.

10:37

***

Sonra “Milli Məclisdə brifinq salonları, zalları yaradılacaq”-deyən Z. Orucun sözlərinə görə, həmin salonlarda və zallarda deputatlar öz çıxışlarını edə biləcəklər.

Komitə sədri həm də bir çox millət vəkillərini açıq, çəkinmədən danışmağa səsləyib:

“İndi Eldar Mahmudov “dönəmi” deyil, yoxdur”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İqtidarı da bizimdir, müxalifəti də…”-JALƏ ƏHMƏDOVA SOSİAL ŞƏBƏKƏLƏRLƏ BAĞLI TƏKLİF VERDİ – ELMAN NƏSİROV İSƏ ƏFV KOMİSSİYASININ ÜZVLƏRİNDƏN BİRİNİN SÜRÜCÜSÜNƏ CİDDİ İTTİHAM SƏSLƏNDİRDİ… – YENİLƏNİB – (1)

Read Next

“İşğal olunmuş ərazilərimizlə bağlı qanuna ehtiyac var”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir