Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
94 saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizəd Zahid Oruc bu gün rayonun Xanağalı, Mehtili və Qaradəmirçi kəndlərinin əhalisi ilə görüşüb.
Etikxeber.az-ın xəbərinə görə, 60-dan artıq seçicinin iştirak etdiyi görüşdə mövcud problemlər müzakirə edilib.
İçməli su, Mehtili kəndinə yeni məktəb, Qarabağ kanalından suvarma üçün yeni su nasosuna ehtiyac olduğu deyilib.
Namizəd məsələlərin həlli ilə bağlı müvafiq qurumlara müraciət ünvanlayacağını deyib.
Çıxış edənlər Z. Oruca fəaliyyıətinə görə təşəkkürlər ediblər.
***
Növbəti görüşündə Z. Oruc Qazıqurdalı, Lək, Qaradəmirçi 1 və Qaradəmirçi 2 kəndinin sakinləri ilə bir araya gəlib.
70-dən artıq sakinlə görüşən namizəd onlardan yekdil dəstək alıb. Kəndlərin problemlərini diqqətdə saxlayan Zahid Oruca təşəkkür edilib. Diskusiyya zamanı məlum olub ki, hazırda kəndlərdə yeni məktəb tikintisinə, telefon xətlərinin yenilənməsinə, Lək yolunun asfaltlanmasına və 1 artezian quyusunun qazılmasına ehtiyac var.
Namizəd müvafiq idarələr qarşısında məsələ qaldıracağına dair vəd verib.
Çıxış edənlər Z. Oruca Bərdənin səsini hər zaman yüksək tribunalarda səsləndirdiyinə görə minnətdarlıqlarını bildiriblər.
9 fevralda onların namizədinin Z. Oruc olduğunu ifadə ediblər.
Etikxeber.az