Zakir Həsənov Akarla-BİR ARADA – FOTO

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son günlərdə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən hücum və təxribatlara toxunan Hulusi Akar Türkiyənin Azərbaycanın haqlı mübarizəsində daim yanında olacağını vurğulayıb.

Etikxeber.az

Read Previous

Cinayət törədən qadınların sayı artıb-AZƏRBAYCANDA

Read Next

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir