Zakir Qaralovun sədrliyi və tabe prokurorların iştirakı ilə müşavirə keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov sentyabrın 23-də Şirvan Şəhər Prokurorluğunun inzibati binasında Şirvan şəhərindən, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Zakir Qaralov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 20-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Eyni zamanda, prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilib.

Qəbuldan sonra baş prokuror Zakir Qaralovun sədrliyi ilə tabe prokurorların iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə baş prokuror vətəndaş-məmur münasibətlərinin Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq, sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Etikxeber.az

Read Previous

Xarab məhsulları bir dəqiqə ərzində müəyyənləşdirmək mümkün olacaq

Read Next

Əbülfəs Qarayev: “Digər qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir