Zappakosta “Roma”da…

İngiltərənin “Çelsi” klubu müdafiəçisi Davide Zappakostanı İtaliyanın “Roma” klubuna icarəyə verib.

Etikxeber.az  “Gazeta.ru”-ya  istinadən xəbər verir ki, “Roma” 27 yaşlı cinah müdafiəçisini bir ildən sonra transfer etmək şərti ilə bir mövsüm üçün icarəyə götürüb.

Paytaxt təmsilçisi “Çelsi”yə birillik icarəyə görə, 3,4 milyon avro ödəyəcək. İtaliyalı oyunçu artıq yeni klubunda tibbi müayinədən də keçib.

Qeyd edək ki, Zappakosta 2017-ci ildən “Çelsi”nin formasını geyinir.

O, bu il London təmsilçisinin heyətində finalı Bakı Olimpiya Stadionunda reallaşan UEFA Avropa Liqasının qalibi olub.

Həmin görüşdə “Çelsi” İngiltərənin digər klubu “Arsenal”ı 4:1 hesabı ilə üstələyib.

Etikxeber.az

 

Read Previous

Deputat pilotumuzun və Şəhidimizin-sinif yoldaşının məzarlarını ziyarət etdi – FOTOLAR

Read Next

“Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz” – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir