Zavoda basqın oldu,mühafizəçilərə ağır xəsarət yetirildi

Bakıda zavoda basqın olub.

Etikxeber.az  bildirir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri – 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axytarışları davam etdirir.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub

Read Next

Trampın iraqlı adaşı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir