Zelenski ilə Putin “normand formatı” çərçivəsində bir araya gələcək

Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezident Vladimir Putin payız aylarında “normand formatı” çərçivəsində görüşəcəklər.

Etikxeber.az xəbər verir ki, bu barədə “1+1” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“Biz ikinci telefon danışığımız zamanı “normand formatı” çərçivəsində görüşmək barədə müzakirələr apardıq” – deyə, Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Qərb ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək bu görüşdə hər hansısa vacib sazişin imzalanması mümkündür.

Qeyd edək ki, Ukrayna və Rusiya liderlərinin görüşünün sentyabrda keçiriləcəyi gözlənilir.

Etikxeber.az

Read Previous

Premyer Liqanın üçüncü turuna yekun vuruldu – “QARABAĞ”DAN BÖYÜK HESABLI QƏLƏBƏ – FOTO

Read Next

İŞIQLI RUHLARIN CAZİBƏSİ – Akademik yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir