Zelenski mayın 1-dən rəsmən Ukrayna prezidenti olacaq…

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların 80,78 faizini hesablayıb.

Etikxeber.az xəbər verir ki, nəticələrə görə, Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkonu üstələyir.

Belə ki, seçicilərin 73,09 faizi Zelenskiyə, 24,57 faizi isə Poroşenkoya səs verib.

Prezident seçkilərində 11 milyon seçici səsvərməyə gəlməyib. Bu da seçkilərin birinci turundan bir milyon seçici çoxdur. İkinci turda ümumilikdə seçicilərin 62,07 faizə yaxını səsvermədə iştirak edib.

MSK mayın 1-nə kimi Ukraynanın altıncı prezidentini rəsmən elan edəcək.

Etikxeber.az

Read Previous

Terraktda ölənlərin sayı 290-a çatdı – ŞRİ-LANKA QAN GÖLÜ İÇİNDƏ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Bu yollar aprelin 30-na kimi bağlı olacaq – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir