Zeynəb Xanlarova, Gövhər Baxşəliyeva, Əflatun Amaşov, Elmira Axundova, Kamran Nəbizadə… – 10 BİTƏRƏF DEPUTAT SEÇKİYƏ QATILMADI

9 fevral seçkiləri ilə bağlı bu gün deputatlığa namizədliyin irəli sürülməsinin sonuncu günüdür.

Etikxeber.az Mərkəzi Seçki Komissiyasına (MSK) istindən xəbər verir ki, yanvarın 9-u da  daxil olmaqla parlament seçkilərində iştirak etmək üçün 2416 nəfər müraciət edib.

Müraciət edənlərdən 2305 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib ki, onlardan da 2193 nəfəri imza vərəqələrini artıq götürüb, 1255 nəfəri imza vərəqələrini qaytarıb.

689 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, namizədliyini yenidən irəli sürənlər və qeyd alınanlar arasında bitərəf (müstəqil) millət vəkilləri də var.

Hazırda Milli Məclisin (MM) üzvü olan 35 bitərəf millət vəkilindən 25-i namizədliyini irəli sürüb və demək olar ki, tam əksəriyyəti qeydə alınıb.

Qeydə alınanlar arasında Jalə Əliyeva, Zahid Oruc,  Qənirə Paşayeva, Sahib Alıyev, Adil Əliyev, Ülvi Quliyev, Ziyad Səmədzadə, Azay Quliyev, Rasim Musabəyov, Vahid Əhmədov, Əli Məsimli, Rüfət Quliyev, Musa Qasımlı və digərləri var.

Eyni zamanda, seçkilərə getməyən bitərəflərin  sayı tam dəqiqləşib.

Belə ki, 10 bitərəf millət vəkilinin seçkilərə getmədiyi məlum olub.

Bunlar Zeynəb Xanlarova, Elmira Axundova, Gövhər Baxşəliyeva, Aytən Mustafazadə, Flora Qasımova, Valeh Ələsgərov, Kamran Nəbizadə, Elxan Süleymanov, Mahir Aslanov və Əflatun Amaşovdur.

Xatırladaq ki, son ana (dünən axşama) qədər Ə. Amaşovun ikinci dəfə seçkilərə qatılacağı gözlənilsə də, bu, baş verməyib.

Beləliklə, seçkilərə qatılan  bitərəflərin böyük əksəriyyəti növbəti mərhələdə iştirak hüququ əldə edərək, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı və 7-ci dəfə millət vəkili olmaq uğrunda mübarizə aparacaqlar.

Bitərəflər arasında ən çox millət vəkili seçilənlər isə iş adamı Hacı Madər Musayev, Azərbaycan Ağsaqqallar Şurasının  (AAŞ) sədri Fəttah Heydər0v, akademik Ziyad Səmədzadə, sabiq birinci vitse-premyer Vahid Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) prezidenti Səttar Möhbalıyev, professor Bəxtiyar Əliyev, iş adamı Azər Kərimli  və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Orucdur.

Hacı Madər 6 dəfə, F. Heydərov isə 5 dəfə millət vəkili olub.

Digər adları çəkilənlər indiyə kimi  4 dəfə millət vəkili seçiliblər.

Z. Səmədzadə ilə V. Əhmədov bir dəfə sovetlər, 3 dəfə müstəqillik dönəmində, Z. Oruc, B. Əliyev, S. Möhbalıyev və A. Kərimli  isə 4 dəfə və  müstəqillik dövründə parlamentin üzvü olublar.

Hamısı hazırda da  5-ci çağırış MM-in üzvləridir.

Ən yaşlı bitərəf deputat (və deputatlığa namizədliyini 6-cı dəfə irəli sürən) 82 yaşlı F. Heydərovdur.

Ən cavan millət vəkili isə ikinci dəfə seçkilərə qatılan 42 yaşlı Ülviyyə Ağayevadır.

Etikxeber.az

 

 

 

 

Read Previous

48 YAP-çı deputat-NEÇƏ DƏFƏ MİLLƏT VƏKİLİ OLUB VƏ 9 FEVRAL KİMİN ÜZÜNƏ GÜLƏCƏK?

Read Next

Tanınmış jurnalist Ağanisə Sultanın “Kərkükdən Bakıya” adlı kitabı nəşr olundu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir