“Zeytun budağı”: 712 terrorçu məhv edilib – TERRORÇULAR 17 YAŞLI QIZI QƏTLƏ YETİRDİ – DAHA BİR KƏND AZAD OLUNDU – FOTO – YENİLƏNİB – (1)

YPG-li terrorçular 17 yaşlı qızı raketlə qətlə yetirdilər

Hazırda “Zeytun budağı” əməliyyatı aparılan Suriyanın Afrin bölgəsindən PYD/YPG-li terrorçular tərəfindən atılan raketlərdən biri Türkiyənin Reyhanlı qəsəbəsinin Gültəpə məhəlləsində yerləşən bir evi yerlə-yeksan edib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, eyni zamanda, həmin evdə yaşayan 17 yaşındakı Fatoş Avlamak adlı qız raket zərbəsindən həyatını itirib.

reyhanli-2-1

Həmçinin, daha bir nəfər ayağından ağır yaralanıb.

***

Bununla yanaşı, “Zeytun budağı” əməliyyatı zamanı öldürülən terrorçuların sayı açıqlanıb.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) “son dəqiqə” açıqlamasına görə, əməliyyatın başlamasından ötən 12 gün ərzində 712 PKK, PYD, YPG və İŞİD-çi terrorçu məhv edilib.

***

“Zeytun budağı”nın 12-ci günündə Afrinin daha bir kəndi PKK, PYD və YPG-li terrorçulardan təmizlənib, azad olunub.

Azad olunan kənd Afrinin Bak Ubasi kəndidir.

Eyni zamanda, Afrinin Darmık dağındaki terrorçu hədəfləri bombalanır.

Etikxeber.az

Read Previous

Məmmədyarov bu dəfə Türkmənistana yola düşdü

Read Next

“Qürur duymamaq mümkün deyil…” – ADİL ƏLİYEV RƏSULZADƏDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir