“Zirə”-“Differdange”: 2-0 – FOTO – YENİLƏNİB – (1)

Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasında debüt edir.

Etikxeber.az xəbər verir ki, turnirin birinci təsnifat mərhələsində “Zirə” “Dalğa Arena”da Lüksemburqun “Differdange” komandası ilə qarşılaşır.

Matçı qazaxıstanlı hakim Daniyar Saxi idarə edir. Ona həmyerliləri Yuriy Tixonyuk və Alibek Aubakirov kömək edirlər. Dördüncü hakim funksiyasını Marat İskakov yerinə yetirir.

Qarşılaşmanın UEFA nümayəndəsi türkiyəli Cem Cenk, hakim-inspektoru isə İqor Satkidir (Moldova).

***

“Zirə” komandası oyunda hesabı açıb.

Görüşün 22-ci dəqiqəsində Bakı təmsilçisinin heyətində Riçard Qadze fərqlənib.

***

Zirə” komandası hesab arasındakı fərqi artırıb. Belə ki, matçın 80-ci dəqiqəsində Kervan Belfor ikinci topu rəqib qapısından keçirib.

***

Görüş başa çatıb. “Zirə” komandası 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu 1 həftə sonra Lüksemburqda keçiriləcək.

Etikxeber.az

Read Previous

“255 mənzil şəffaf seçim əsasında jurnalistlərin istifadəsinə veriləcək” – ƏLİ HƏSƏNOV – FOTO

Read Next

Bir sıra hakimin səlahiyyət müddəti artırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir