“Zirə” və “İnter” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ikinci oyununa çıxacaq

Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ikinci oyununa çıxacaq.

Etikxeber.az xəbər verir ki, “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edəcək “İnter”in oyununu ukraynalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Mykola Balakin idarə edəcək. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Jabçenko yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi Sergiu Lisnic (Moldova), hakim-inspektoru isə polşalı Robert Malek olacaq.

Komandalar arasında ilk oyun 3:0 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.

***

Həmçinin, Zirə” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Lüksemburqdakı “Municipal de Differdange” stadionunda keçiriləcək “Differdange”-“Zirə” oyununun baş hakimi slovakiyalı Boris Marhefka olacaq. Ona həmyerliləri Tomaş Vorel və Jan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavol Çmura yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Marton Esterhazi (Macarıstan), hakim-inspektoru isə bolqarıstanlı İchko Lozev olacaq.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Zirə” 2:0 hesabı ilə qalib gəlib.

Etikxeber.az

Read Previous

YAP dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoymağa cagırır

Read Next

ATƏT regionunda problemlər və münaqişələr artmaqdadır – BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir