Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçələrinin kəsişməsində görülmüş işlərin davamı olaraq yolda hərəkətin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu gün “Azəravtayol ASC” tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirildiyindən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Bu barədə Etikxeber.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.

Etikxeber.az

Read Previous

“Kolleclərə getmək istəyənlər buraxılış imtahanlarını mütləq verməlidirlər ki…” – Abbaszadə

Read Next

Dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləği müəyyənləşdirilir – Məleykə Abbaszadə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir