Ziya Məmmədovun daha bir səlahiyyətini əlindən alındı…

Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin biri “Azəravtoyol” ASC-yə verilib

Etikxeber.az xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Məlumata görə, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”na əsasən iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməlidir.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının  2016-cı il 24 iyun tarixli 303-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 iyul tarixli 1004 nömrəli fərmanına əsasən bu sahədə səlahiyyətli orqanlar dəyişib. Bununla əlaqədar qaydaya edilən dəyişikliyə görə, iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Daxili İşlər Nazirliyinin və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarət məntəqələrində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə birlikdə yoxlanılacaq.

Qaydaya əsasən, indiyə qədər yük göndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilib və nəqliyyat vasitəsinin hərəkətinə yalnız bundan sonra icazə verilib. Dəyişikliyə əsasən, bundan sonra yük göndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı dövlət büdcəsinə ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi məhkəmə qaydasında tələb ediləcək.

Etikxeber.az

Read Previous

Ramil Usubovun rəhbərliyi ilə geniş kollegiya iclası keçirilir

Read Next

Ermənistan öz aqibətini çox gec də olsa düşünməlidir – SƏFƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir