“Ziyad Səmədzadə hər zaman və hər yerdə öz sözünü deyib, öz möhürünü vurub” – AYDIN HEYDƏROV – FOTOLAR

“Qədim zamanlardan dillər əzbəri olan məşhur atalar məsəlimiz var: “Çörəyi ver çörəkçiyə, hələ birini də üstəlik”. 

Etikxeber.az deputatlığa namizəd Ziyad Səmədzadənin Seçki Qərargahına istinadən xəbər verir ki, bunu Bakı şəhərinin Nəsimi rayonunun Ağsaqqallar Şurasının sədri Aydın Heydərov bildirib. 

 “İşinin mükəmməl bilicisi olan hər bir insana aid etmək olar bu məsəli. Tanınmış ziyalı, akademik, sayılıb-seçilən dövlət xadimlərindən olan Ziyad Səmədzadəyə də istisnasız və mübaliğəsiz bu məsəli aid etmək mümkündür”– deyən A. Heydərovun sözlərinə görə, çünki həm elm xadimi, həm dövlət xadimi, həm də incəsənətə, yaradıcılığa böyük heyranlığı, vurğunluğu ilə seçiliən bir şəxsiyyət kimi Ziyad Səmədzadə hər zaman və hər yerdə öz sözünü deyib, öz imzasını, öz möhürünü vurub.

Etikxeber.az

Read Previous

“Brexit”dən asılı olmayaraq, Azərbaycan və Britaniya arasında əməkdaşlıq davam edəcək” – XİN

Read Next

Qusarlı gənclərdən Azər Badamova-DƏSTƏK – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir