“Ziyad Səmədzadə nəinki Çinəcən getdi, həm də…” – AZƏRBAYCANIN ƏN UZUNMÜDDƏTLİ “RAYKOM” KATİBİ SADIQ MURTUZAYEV SEÇİCİLƏRƏ SƏSLƏNDİ – FOTOLAR

Mən Azərbaycanın ən uzunmüddətli, həm də ən gənc “raykom” katibi olmuşam. Birinci katib işlədiyim rayonların sayına sayına görə də birincilik mənə məxsusdur. İşdən də nəyəsə görə getməmişəm, öz arzumla, istəyimlə getmişəm. İşlədiyim dövr ərzində də böyük hörmət, nüfuz sahibi olmuşam. 40 ildən də çoxdur ki, Ziyad müəllimi şəxsən yaxından tanıyıram. Bu illər ərzində də bizim gözəl, səmimi münasibətlərimiz olub və bu münasibətlər bu gün də davam etməkdədir. O, dünya səviyyəli bir alimdir, tanınmış elm xadimidir.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış dövlət xadimi, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, nasir Sadıq Murtuzayev deputatlığa namizəd, akademik Ziyad Səmədzadənin 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin seçiciləri ilə izdihamlı görüşündə çıxışı zamanı bildirib.

O, qeyd edib ki, Peyğəmbərimiz Məhəmməd hələ 13 əsr öncə buyurub ki, elm dalınca Çinəcən getmək olar.

“Ancaq Ziyad müəllim nəinki Çinəcən getdi, həm də dünyanın iqtisadi möcüzələrindən sayılan Çin iqtisadi modelini tədqiq etdi, Çin iqtisadiyyatını araşdıran ilk azərbaycanlı alim oldu, bu barədə kitablar yazdı, Azərbaycan və dünya iqtisad elminə öz töhfəsini verdi. Bu, onun böyük alim, elm xadimi olmasından irəli gəlir və xəbər verir. Ziyad müəllim hər bir işdə, hər bir sahədə uğura imza atıb. Məhz onun kimi təcrübəli, bilikli, savadlı insanlar parlamentdə əyləşməlidir. Parlament məhz Ziyad Səmədzadə kimi insanların yeridir. Ona görə 23 saylı Dairənin seçicilərini məhz Ziyad müəllimə səs verməyə dəvət edirəm”-deyə, S. Murtuzayev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Uduzmazsınız…” – BƏRGÜŞADLILAR JALƏ ƏLİYEVA DEDİLƏR – FOTO-VİDEO

Read Next

“Sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib…” – MİKAYIL CABBAROV _ FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir