Ziyad Səmədzadə və deputatlığa namizədin Seçki Qərargahı-FƏALİYYƏTİNƏ BİR AN BELƏ ARA VERMİR – FOTOLAR – YENİLƏNİB

Bakının 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəd, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, “Şərəf” və “Şöhrət” ordenli akademik Ziyad Səmədzadənin Seçki Qərargahı bu günlər öz fəaliyyətini bir dəqiqə belə dayandırmır, fəaliyyətinə ara vermir.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, Seçki Qərargahına hər gün xeyli sayda insan axışıb gəlir, deputatlığa namizədlə görüşür, söhbətləşir, onu dinləyir, Z. Səmədzadəyə dəstəklərini ifadə edirlər.

Deputatlığa namizəd həmçinin, insanları fərdi qaydada qəbul edir, onlarla söhbətlər edir, problemlərini dinləyir, məsləhətlərini verir.

Ümumiyyətlə, Seçki Qərargahına ən müxtəlif peşə sahibləri olan seçicilər-ziyalılar, alimlər, müəllimlər, həkimlər, iş adamları, sahibkarlar, sıravi vətəndaşlar gəlirlər.

***

Bu gün axşam saatlarında da deputatlğa namizədin Seçki Qərargahına xeyli sayda insan, Səbail və Nəsimi rayonlarının sakinləri axın ediblər.

Namizədlə gələnlər arasında yenə tanınmış ziyalılar, nüfuzlu şəxslər, ağsaqqallar, gənclər, sadə vətəndaşlar olub.

Onlar hamısı deputatlığa namizədə növbəti dəfə uğur diləyib, onları yalnız Z. Səmədzadə kimi təcrübəli insanın, nüfuzlu şəxsiyyətin təmsil etməyə haqqı və qadir olduğunu bildirib, seçkilərdə də məhz ona səs verəcəklərini söyləyiblər.

Z. Səmədzadə də hər kəsə səmimi münasibətinə və dəstəyinə görə minnətdarlığını idafə edib.

Qeyd edib ki, deputatlıq işlə, fəaliyyətlə, savadla, bacarıqla, qabiliyyətlə, səmimiyyətlə, insanlara sözdə deyil, əməldə xidmət etməklə olur.

“Maşınlara, avtomobillərə seçki plakatlarını vurmaqla, populizmlə səs qazanmaq, insanların rəğbətini, dəstəyini əldə etmək olmur. Deputatlıq, seçilmək işlə, fəaliyyətlə, təcrübə ilə, qabiliyyətlə, savadla, insanlarının rəğbətini qazanmaq və dəstəyini əldə etməklə olur. Çox istərdim ki, bunu bir çoxları yaxşıca dərk etsin”-deyə, deputatlğıa namizəd sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Oqtay Əsədovun vəkilləri növbəti dəfə seçicilərlə görüşdülər və…- FOTOLAR

Read Next

Vuqar Bayramovun Seçki Qərargahından-ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir