Ziyad Səmədzadənin Seçki Qərargahında növbəti görüş – FOTOLAR

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən 4-cü dəfə deputatlığa namizəd, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurlu şəkildə davam edir.

Etikxeber.az-ın xəbərinə görə, deputatlığa namizəd daha bir neçə görüş keşirib.

Bu görüşlərdən biri də deputatlığa namizədin Seçki Qərargahında baş tutub.

Görüşdə sahibkarların və vətəndaş cəmiyyətinin bəzi təmsilçiləri iştirak ediblər.

Görüş zamanı vətəndaş cəmiyyəti və sahibkarlığın inkişafı mövsuzunda söhbət fikir mübadiləsi aparılıb.

Deputatlığa namizəd tərəfindən vurğulanıb ki, həm vətəndaş cəmiyyətinin, həm də sahibkarlığın inkişafı Azərbaycan dövlətinin əsas prioritetlərindən, baş istiqamətlərindəndir.

Qeyd edib ki, vətəndaş cəmiyyətinin inkişafı həm də demokratiyanın, demokratik dövlət quruculuğunun başlıca tələblərindəndir.

Eyni zamanda, sahibkarlığın inkişafı ölkənin dünya iqtisadiyyatına inteqrasiyasının əsas şərtlərindəndir və hər iki məsələnin reallaşdırılması yönündə də 1993-cü ildən bu yana, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin 17 illik hakimiyyəti dövründə çox böyük addımlar atılıb, böyük uğurlar əldə edilib.

Z. Səmədzadə istər dövlət və hökumət, istərsə də, qanunvericilik orqanı səviyyəsində sahibkarlığın ikişafı ilə bağlı çoxlu qərarların, qanunların, dövlət proqramlarının qəbul olunduğunu sözlərinə əlavə edib.

Görüş iştirakçıları da mövzu ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndirib, deputatlığa namizədə uğurlar arzulayıblar.

Etikxeber.az

Read Previous

Zərdab sakini Jalə Əliyeva ilə bağlı onun adından yayılan yalanı-İFŞA ETDİ – FOTO-VİDEO

Read Next

Mehriban Əliyevadan Əlibaba Məmmədova-TƏBRİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir