Ziyad Səmədzadə Belarusun reytinqli telekanallarından birinə müsahibəsində-NƏLƏRDƏN DANIŞDI? – VİDEO

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, “Şərəf” və “Şöhrət” ordenli akademik Ziyad Səmədzadənin fəaliyyətində parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və davamlı xarakter alması mühüm məqamlardan birini təşkil edir.

Etikxeber.az xəbər verir ki, Z. Səmədzadə MM-in Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi çox uğurlu və təqdirəlayiq fəaliyyətə malikdir.

Elə bu səbəbdəndir ki, iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun fərmanı ilə Z. Səmədzadə bu ölkənin Fransisk Skorina medalı ilə təltif edilmiş və 2011-ci ilin yanvar ayının 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində, Azərbaycan-Belarus Dostluq Cəmiyyətinin növbəti iclasında medal sahibinə təqdim olunmuşdur.

Onu da qeyd edək ki, Z.Səmədzadə Belarusa səfərlərindən birində bu ölkənin tanınmış telekanallarından birinin ən reytinqli verilişlərindən olan “Aktual müsahibə”yə geniş müsahibə vermişdir.

Həmin müsahibənin videoyazısını təqdim edirik:

Etikxeber.az

Read Previous

“Siyasi çağırışlarla yanaşı şeir və mahnılar səsləndi…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

Read Next

Jalə Əliyeva yeni izdidamlı görüşünə-İMZA ATDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir