Ziyad Səmədzadə-YAP-ÇI GƏNCLƏRLƏ NƏDƏN BİR ARAYA GƏLDİ? – FOTOLAR

 Dünyada gedən qlobal proseslərə baxmayaraq, Azərbayan iqtisadiyyatı dayanıqlılığını nümayiş etdirir. Bunun əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi  və müstəqil siyasət dayanır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Yeni Azərbaycan Partiyasının (YAP)  Siyasət Akademiyasının “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda təşkil etdiyi növbəti kursda “Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissələrindən biridir” mövzusunda məruzə edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bir sıra xarici təzyiqlərə baxmayaraq, özünün təbii sərvətlərini özəlləşdirmədi, bir sıra layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində ciddi qətiyyət nümayiş etdirdi.

“Bu gün Xəzər hövzəsində qlobal enerji layihələrinin reallaşması təkcə Azərbaycanın deyil, həm də bütövlükdə Avrasiya regionunun, beynəlxalq aləmin və transmilli dünyanın enerji təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində uğurlu beynəlxalq tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət göstərmişdir. Onun sözlərinə görə, Azərbaycan regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan ölkədir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Məhz belə siyasətin nəticəsidir ki, 2019-cu ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunur…”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Pisləyir, qınayır və rədd edirik” – DEPUTATDAN ABŞ-A SƏRT ETİRAZ

Read Next

“Liverpul” sevincli, “Çelsi” üzgün… – NƏTİCƏLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir