Ziyafət Əsgərov: “Dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınırıq”

“Bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır”.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan son dövrlərdə iqtisadi böhranın baş verdiyi şəraitdə belə iqtisadiyyatını inkişaf etdirə bilib. Azərbaycanın dinlərarası münasibətlərdə də dünya ölkələrinə bir nümunə kimi göstərildiyini deyən Z.Əsgərov qeyd edib ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Hazırda Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır.Z.Əsgərov ölkəmizin müstəqilliyinin ilk illərində çətin bir dövr yaşadığını söyləyib: “Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşadı. Ölkəmizin müstəqilliyi Ulu Öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlandı”.

Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə Türkiyə Cümhuriyyəti olaraq türkdilli qardaş ölkələrə bu ilin 15 iyulunda terrorçular tərəfindən Türkiyə dövlətçiliyinə qarşı xain hərbi çevriliş cəhdi zamanı onlara verdikləri dəstəyə görə təşəkkür etdiyini bildirib.

Səfir bildirib ki, 15 iyulda Türkiyə xaricdən və ölkə daxilindən olan xainlərin amansız terror cəhdinə məruz qalıb: “Ölkəmizi xainlərə təslim etməyə çalışdılar. Dövlət çevrilişi cəhdləri ölkəmizə qarşı xəyanət idi. Bu cəhddən sonra türkdilli ölkələrin, onların dövlət başçılarının, xüsusilə də Azərbaycan prezidentinin ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarıq. Biz bu yardımları unutmarıq və hər zaman sizi dəstəkləməkdə davam edəcəyik. Türkiyə keçmiş Sovet İttifaqından qurtulan bütün türkdilli ölkələrə daim dəstək olub və həmişə olacaq. Bu gün dünyanın ən böyük bayrağı Bakıda, Bayraq Meydanında dalğalanır. Bu bayraq tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin müstəqillik simvoludur. Bu bayrağı endirməyə çalışanlar qarşısında bizi görəcək və buna heç kimin gücü çatmayacaq”.

Etikxeber.az

Read Previous

Rusiya Azərbaycana 3 milyard dollardan çox sərmayə yatırıb – SPİKER

Read Next

Nazarbayev adının paytaxta verilməsinə qarşı deyil…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir