Ziyafət Əsgərovdan rus və ingilis dililə bağlı çağırış: MÜKƏMMƏL ÖYRƏNİN

Rus dilini və ingilis dilini ana dili qədər mükəmməl şəkildə öyrənmək lazımdır.

Etikxeber.az xəbər verir ki, bunu birinci vitse-spiker Ziyafət Əsgərov “ASAN Könüllüləri” ilə söhbət zamanı deyib.

O, qeyd edib ki, ana dilini-dövlət dilini sevmək, onu mənimsəmək, ona hörmət etmək ən başlıca məsələdir.

“Bu məsələdə başqa mövqe ola bilməz. Bu, aksiomadır. Amma bununla belə, indiki gənclərin, o cümlədən sizlərin- “ASAN Könüllülər”inin çox dil bilməsi də vacibdir, lazımlıdır. Nə qədər çox dil bilsəniz, bu, sizin özünüzün uğurunuzdur, bundan qazanan sizsizsiniz. Rus dili, ingilis dili beynəlxalq dillər, dünya dilləridir. BMT də bunu bu cür təsbitləyib. Həmçinin, ərəb, ispan, türk, fransız dillərini. Bu dilləri də öyrənsəniz yaxşı olardı. Amma bununla, rus və ingilis dillərini öyrənmək daha vacibdir. Bu dilləri ana dili qədər mükəmməl şəkildə öyrənmək, mənimsəməmək lazımdır”-deyə, birinci vitse-spiker sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident Oudkirk, Dönməz,Tembon və Ottinger ilə görüşdü – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Avroliqanın ilk səkkizdəbir finalçısı məlum oldu… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir