Zoopark və sirk Bakıya heç yaraşmır – ELMİRA AXUNDOVA

Elmira Axundova: Uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir

“Hazırkı zoopark və sirk Bakıya heç yaraşmır”.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Elmira Axundova  adıçəkilən komitənin yanvarın 29-da keçirilən iclasında deyib.

elmira-kitab

Deputat  qeyd edib ki, uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir: “Mövcud zoopark heç bir parametrə sığmır, heyvanlar çox baxımsız vəziyyətdədir. Sirkdə də eyni vəziyyətdir. Bundan başqa, açıq havada olan əyləncə parkları da müasir səviyyədə deyil. Biz bununla bağlı – kütləvi tamaşa yerləri ilə bağlı qanun layihəsi hazırlaya bilərik. Mən bu layihəni hazırlamağa hazıram”.

rafael-nasimi

MM-in Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da  belə bir layihənin hazırlanmasının əleyhinə olmadığını söyləyib. O təklif edib ki, kütləvi tamaşa yerləri ilə bağlı layihə hazırlanarkən yalnız uşaqları deyil, gənclər auditoriyasını da nəzərə almaq olar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Rafael Hüseynovdan Rəşad Məcidin təklifinə dəstək…

Read Next

Xanım deputatımız AŞPA-nın Mədəniyyət, elm və təhsil komitəsinin üzvü seçilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir