Zümrüd Yağmurun romanının satışına qadağa qoyulub?

“Ölkə adı:22″ romanının satışına qadağa qoyulub”.
Etikxeber.az xəbər verir ki, bunu  jurnalist Zümrüd Yağmur öz “Facebook” statusunda yazıb. O, qeyd edib ki, bir necə gün əvvəl bir oxucu ona müraciət edərək, əsəri necə əldə edə biləcəyini soruşub.
“Ona hansı kitab dükanlarından əldə edə biləcəyini söylədim. Lakin keçən gün oxucu mənə yazaraq bildirdi ki, o, bu gün iki dükandan kitabı soruşsa da əldə edə bilməyib.  Əsərin satışda bitdiyini zənn edib romanın yayımı ilə məşğul olan şəxs bu gün kitab dükanlarına baş çəkərək yenidən onlara kitab vermək istəyəndə aydın olub ki, əsər satışdan qaldırılıb. Səbəb olaraq da o göstərilib ki, əsərdə siyasi calarlar var…”-deyə, o, daha sonra qeyd edib.
Etikxeber.az

Read Previous

Valeh Ələsgərov: “Afrika İttifaqı ilə əlaqələr yüksək səviyyədə deyil…”

Read Next

Ziyafət Əsgərov: “Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir