Əbədiyyətə uğurlanmasından bir il keçən-İMRAN ƏMRAHOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ, ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Evin-ailənin tək və subay oğlu, tək bacının tək qardaşı, Azərbaycan Ordusunun Əsgəri, Bakılı-Şəhid İmran Rahim oğlu Əmrahovun Anım Günüdür.

İmran Əmrahovun Əbədiyyətə uğurlanmasından bir il keçir.

Anım Günü ilə bağlı bu gün-8 aprel 2025-ci il tarixində, səhər saatlarında Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar edilib.

Məzarını ziyarətdən sonra Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Zəm-zəm” mərasim evində Anım mərasimi düzənlənib.

Mərasimdən öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra bir daha İmran Əmrahovun ruhuna dualar olunub, “Quran” oxunub.

Etikxeber.az xəbər verir ki, Anım mərasimi zamanı Şəhidin ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Daha sonra adına ehsan süfrəsi açılıb, xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, doğmaları, Bakı şəhərindən, Abşeron, Kürdəmir, Astara, Hacıqabul, Kürdəmir, Sabirabad rayonlarından olan Şəhid ailələri, Qazilər, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

15:31

***

FOTOLAR:

15:44

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq müşahidə olunur-BAKIDA

Read Next

Ordumuzun mövqeləri Basarkeçər istiqamətindən yenidən-ATƏŞƏ TUTULDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir