Əfsanəvi Xüsusi Təyinatlı, ailənin iki hərbçi oğlan övladından biri-BƏRDƏLİ “QİSAS” ƏMƏLİYYATI ŞƏHİDİ NAMİQ MƏMMƏDLİ – CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ, 29 YAŞININ TAMAMINDA ŞƏHİDİN MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB

29 yaşının tamam olması, Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün-2 may 2024-cü il tarixində, səhər saatlarında Bərdə rayonunun Təhlə kəndindən olan “Qisas” əməliyyatı Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı Namiq Ağamməd oğlu Məmmədlinin Bəcirəvan kənd qəbiristanlılğındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Namiq Məmmədlinin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

İkinci Vətən Müharibəsi “Qisas” əməliyyatının iştirakçısı, bir neçə medallı və 3-cü dərəcəli “Rəşadət” ordenlı Şəhidin ruhuna dualar edilib, “Quran” oxunub.

2 may 1996-cı il təvəllüdlü, ailənin iki hərbçi oğlan övladından biri və subay olan Namiq Məmmədlinin məzarı başında qısa çıxışlar edilib.

Çıxışlarda ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Həmçinin, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Bəcirəvan kənd qəbiristanlığında adına çay-ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib.

Şəhidin məzarını ziyarətdə və çay-ehsan süfrəsində ailə üzvləri, yaxınları, Bərdəli Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri məktəblilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 29 yaşı mübarək olsun!

Nur içində yatsın!

12:43

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Park Cinema”da Qazaxıstan filminin-QALA-GECƏSİ – FOTOLAR

Read Next

“İnsan alveri ilə mübarizə haqqında” qanunun qəbul edilməsinin-20 İLLİYİ İLƏ BAĞLI GÖRÜŞ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir