Əliyev Bayraktar və Əbunəyyanı-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib.

12:33

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Bakı Enerji Həftəsi” ilə bağlı göndərdiyi məktuba görə təşəkkürünü bildirdi.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Alparslan Bayraktar bir neçə gün əvvəl Laçında keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırladı və həmin tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.

Görüşdə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin bu sahədə beynəlxalq əməkdaşlığın qurulması, əlaqələrin genişləndirilməsi və yeni yanaşmaların tətbiqi baxımından rolu vurğulandı.

Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi və liderliyi ilə ölkələrimizin bir çox qlobal layihələr həyata keçirdikləri, həmçinin Türkiyə Petrolları (TPAO), BOTAŞ-la SOCAR arasında uğurlu əməkdaşlığın qurulması məmnunluqla qeyd edildi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə böyük sərmayədar olduğu vurğulandı.

Söhbət zamanı ölkəmizdə enerji, o cümlədən bərpaolunan enerji sahəsində mühüm layihələrin icra olunduğu qeyd edildi, Azərbaycan və Türkiyənin bu istiqamətdə əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə ümidvarlıq bildirildi.

Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğu vurğulandı və bu xüsusda gələcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib.

Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən enerji və bərpaolunan enerji sahələrində inkişafından məmnunluq bildirildi.

Ölkəmizlə “ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulandı. Bu şirkətin Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirməsinin əhəmiyyətinə toxunuldu.

Vurğulandı ki, “ACWA Power” ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması üzrə tenderin qalibi olub və hökumətlə müqavilə şərtlərinin razılaşdırılmasının son mərhələsidir. Qısa müddət ərzində son müqavilə sənədlərinin imzalanması və suyun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılması ilə bağlı hazırlıq işləri barədə fikir mübadiləsi aparıldı.

Qonaq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, həmçinin Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin yüksək səviyyədə keçirilməsi ilə bağlı təbriklərini çatdırdı.

Məhəmməd Əbunəyyan Azərbaycan Prezidentinin və Səudiyyə Ərəbistanı Kralının dünyada baş verən hadisələrlə bağlı böyük liderlik nümunəsi göstərdiklərini dedi.

O, Səudiyyə Ərəbistanı Krallığından ölkəmizə yatırılan investisiyalara dövlətimizin başçısı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-NƏZƏRƏ ALIN!

Read Next

“Bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır…Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir