Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 mart 2025-ci il tarixində-axşam saatlarında daha bir Şəhid ocağında oldum…
Daha bir Nur üzlü, Vətən sevdalısı Şəhidimizin ailəsini ziyarət etdim…
Daha bir İgid, Qəhrəman İkinci Vətən Müharibəsi Şəhidinin valideynlərinə bu əziz, müqəddəs günlərdə baş çəkdim…
Samuxlu İkinci Qarabağ Savaşı Şəhidi Arif Muradcan oğlu Həmzəyevin ailə üzvləri, valideynləri-anası Diləfruz xanım və atası Muradcan Həmzəyevlə bir araya gəldim…
Qeyd edim ki, mənimlə birgə Şəhidimizin ailəsini, ocağını ziyarətdə Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi Emil Sadıqzadənin valideynləri və Antiterror Şəhidi Fizuli Məmmədovun həyat yoldaşı da iştirak edirdi…
Hər zaman olduğu kimi öncə Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm arzuladım…
Onlara “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Həm onların, həm də Şəhidimizin ruhu qarşısında ehtiramla baş əydiyimi dilə gətirdim…
Təxminən 50 dəqiqə çəkən ziyarət zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdim, dərdləşdim…
Özü də qeyd edim ki, hər ikisi Azərbaycan ən cavan Şəhid valideynlərindəndir…
Arif Şəhid olarkən anasının cəmi 39, atasının isə cəmi 42 yaşı olub…
Söhbət, ziyarət zamanı az da olsa, onlara təsəlli, təskinlik verməyə çalışdım…
Şəhidin atası Muradcan Həmzəyevin dediklərindən:
“Övladım çox istiqanlı, çox ailəcanlı, çox vətənpərvər bir uşaq idi…Əsgərliyə də çox böyük həvəslə getmişdi…Müharibə dövründə də bir dəfə olsun nədənsə gileylənmədi, şikayətlənmədi…Hər dəfə, elə axırıncı dəfə-oktyabrın 19-da da danışanda dedi ki, hər şey yaxşlıqdır, hər şey yaxşı olacaq, irəliyə-irəliyə gedirik…”
Bu yerdə qeyd edim ki, Arig Həmzəyev 2001-ci ilin iyun ayının 19-da Samux rayonunun Lək kəndindinə dünyaya gəlib…
Ailənin iki övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…
2007-2018-ci illərdə Lək kənd orta məktəbində oxuyub…
2019-cu ilin iyulunda isə həqiqi hərbi xidmətə yollanıb…
Ağcabədi rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib…
Azərbaycan Ordusunun, 1 il 3 ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…
Şərəfli döyüş yolu 27 gün çəkib…
Axırıncı dəfə atası ilə oktyabrın 19-da danışıb…
Cəmi 4 gün sonra-oktyabrın 23-də isə Qubadlı istiqamətində qəhrəmancasına Şəhid olub…
Ancaq nəşi 12 gün sonra-5 noyabr 2020-ci il tarixində Lək kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Lək kəndinin də yeganə İkinci Vətən Müharibəsi Şəhididir…
Şəhidliyindən sonra 4 medalla – “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…
Hazırda Lək kəndində adını daşıyan küçə var…
19 yaşlı Arif həm də subay olub…
Ondan iki yaş böyük olan tək qardaşı Arzu isə hazırda nişanlıdır…
Məqamı Uca, dərgahı mübarək olsun!
Nur içində uyusun!
***
FOTOLAR:



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az