Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Qərbi Azərbaycanlı, Dərələyəzli, özü isə Xızılı, Şorabadlı, 21 sentyabr 1987-ci il təvəllüdlü-İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Hümbət oğlu Cəfərovun Anım Günü ilə bağlı bu gün-30 oktyabr 2025-ci il tarixində Şəhidin Şorabad qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
15 ilin peşəkar hərbçisi, Gizir, bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Elməddin Cəfərovun ruhuna dualar olunub, “Quran” oxunub.
İki övlad-bir qız və bir oğlan atası olan, 2020-ci ilin 8 oktyabr tarixində Füzuli istiqamətində Şəhidlik məqamına ucalan, nəşi 22 gündən sonra tapılan Şəhidin ailəsinə, doğmalarına-anası Zəhra müəllimə və atası Hümbət kişiyə Allahdan səbr və dözüm arzulanıb.
33 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan söz açılıb, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Məktəblilər tərəfindən Şəhidə, cəmi Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.
Xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Xızılı, Bərdəli Şəhid ailələri, Qazilər, Bərdəli Vüsal həkim, din xadimləri, yerli ziyalılar, müəllim və şagirdlər və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
15:05
***
FOTOLAR:








16:10
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





